17-18 fevral 2024-cü il tarixində Azərbaycan Alpinizm Federasiyası tərəfindən Qusar rayonu, Laza kəndinin yaxınlığında yerləşən Qoşa şəlalə və Suvar donmuş şəlalərində "Buzadırmanma Festivalı" keçirilməsi planlaşdırılır. Festival Azərbaycanda qış olimpiya idman növünə namizəd olan buzadırmanmanı inkişaf etdirmək, yeniyetmə və gəncləri bu idman növü ilə məşğul olmağa həvəsləndirmək məqsədini daşıyır. Festivalın keçirilməsi 14 yaşdan yuxarı fərdi idmançıların və idman klublarının iştirak ilə nəzərdə tutulmuşdur. Buzadırmanma idmanının sürət və çətinlik dərəcələri üzrə keçiriləcəkdir. İştirak etmək üçün əlaqədar şəxsə (Leyla Əliyeva əsasnamədə əlaqə vasitələri qeyd olunmuşdur) və ya ice@alpinizm.az e-mail ünvanından müraciət edə bilərsiniz. Müraciət olunarkən aşağıdakı məlumatları daxil etməyiniz xahiş olunur. Ad , soyad, ata adı, təvəllüd, əlaqə nömrəsi və festivala gediş üçün nəqliyyat lazımdırmı?! Qeydiyyat linki: https://docs.google.com/forms/d/e/1FAIpQLSdfmN_K_HvHqx__ApmvI_OBPjOnTy26yvpgcT56L0txWVGa0Q/viewform?pli=1

DİGƏR TƏDBİRLƏR

06.02.2024 - 13.02.2024

“Təbii relyefdə marşrutların tərtibçisi (qurucusu)” kursu

27.12.2023 - 27.12.2023

AAF üzvlərinin ümumi toplantısı

04.11.2023 - 05.11.2023

Zəfər kuboku