13.04.2024-cü il tarixində Azərbaycanda idman dırmanması növünü inkişaf etdirmək və gəncləri bu idman növü ilə məşğul olmağa həvəsləndirmək məqsədilə Sabunçu rayonu ərazisində yerləşən Nardaran qayalarında Azərbaycan alpinisti Akif Rüstəmovun xatirəsinə həsr olunmuş festival keçirilməsi planlaşdırılır. Qeyd: Hava şəraiti ilə əlaqədar olaraq festivalın tarixi dəyişdirilə bilər! Festivalda iştirak etmək üçün 8 aprel son qeydiyyat tarixidir. Qeydiyyatdan keçmək üçün LİNKƏ daxil olun! LİNK: https://forms.gle/zm2PWz8MDNN6TDdD6 Festivalda iştirakla əlaqədar bütün suallarla bağlı Azərbaycan Alpinizm Federasiyasına müraciət edə bilərsiniz. Festival barədə əlavə məlumat instaqram (alpine.az) və feysbuk (Azerbaijan Mountaineering Federation) səhifələrində yerləşdiriləcəkdir. QEYD: Festivalın əsasnaməsi dəvətnamə xarakteri daşıyır!

DİGƏR TƏDBİRLƏR

17.02.2024 - 18.02.2024

Buzadırmanma Festivalı 2024

06.02.2024 - 13.02.2024

“Təbii relyefdə marşrutların tərtibçisi (qurucusu)” kursu

27.12.2023 - 27.12.2023

AAF üzvlərinin ümumi toplantısı