3 həftə əvvəl Pakistanda dünyanın 9-cu ən hündür zirvəsi - Nanga-Parbat dağına yola düşən alpinist İsrafil Aşurlıdan aldığımız məlumata görə 3 iyul zirvə təkanını həyata keçirən zaman 4-cü düşərgəyə çatdığı anda köməyə ehtiyacı olan 2 alpinistlə qarşılaşıb və hazırda kritik sağlamlıq problemləri yaşayan qardaş ölkə - Pakistanın vətəndaşı olan Asif Bhattinin xilas edilməsi məqsədilə çox çətin hava şəraitinə rəğmən onu daha təhlükəsiz yerə düşürməyə müvəffəq olmuşdur.
Beynəlxalq mediada da qeyd olunduğu kimi birinin vəziyyəti çox pis olduğundan ölüb. Digəri isə (Asif Bhatti) tapılarkən qarlı idi və görmə məhdudiyyəti-müvəqqəti korluq yaşadığı üçün İsrafil Aşurlı Zirvəyə dırmanmasını ləğv etmək və köməyə ehtiyacı olan alpinistə yardım etmək qərarına gəlib. O, Asif Bhattini baza düşərgəsinə çatdırıb. Son olaraq, İsrafil Aşurlıdan alınan məlumata əsasən, hazırda təhlükəsiz şəkildə Baza düşərgəsindədirlər.