BEYNƏLXALQ ALPİNİZM GÜNÜ

Avqustun 8-də dünyada “Beynəlxalq Alpinizm” günü kimi qeyd edliir.

Yeni zirvələrə biganə qalmayan hər bir kəsin qeyd etdiyi bu bayram iki nəfər – həkim Mişel-Qabriel Pakkard və dağ bələdçisi Jak Balmanın sayəsində yaranıb. 1786-cı il məhz avqustun 8-də bu iki qoçaq Alp dağlarının ən yüksək nöqtəsi olan Monblan zirvəsinə uğurla qalxmağı bacarıblar. Bu şəxslərdən öncə “Avropanın hündür qütbü” kimi tanınan zirvəyə hansı alpinist qalxmaq istəyibsə, bu, nəticəsiz qalıb.

Əziz dostlar, Azərbaycan Alpinizm Federasiyası hər bir alpinisti və bu gözəl vaxtkeçirmə üslubuna üstünlük verənləri, dağa qalxmalara maraq göstərənləri, özünü sınağ edənləri, təbiətin gözəlliyini və özünü tanımaq istəyənləri təbrik edib, hər kəsə can sağlığı, xoş hava şəraiti və bir də həm həyatlarında, həm də idmanda yeni uğurlar arzulayır!

DİGƏR XƏBƏRLƏR

«DÜBƏNDİ GECƏ QAÇIŞI»

Aug. 3, 2023

Abituriyentlərə qəbul imtahanı keçirildi.

July 27, 2023

Qəhrəman alpinist vətənə döndü

July 13, 2023