Avqustun 11-13-də Azərbaycan Alpinizm Federasiyası Şahdağ yaylasında uşaq turizm düşərgəsi keçirib.
Gənc turistlər və onların valideynləri Şahdağ Hidrometeroloji Tədqiqat Mərkəzinin əməkdaşları tərəfindən hərarətlə qarşılanmış, ekskursiya təşkil edilmiş və onlar mərkəzin işi ilə yaxından tanış olmuşlar.
Düşərgə zamanı uşaqlar çadır qurmağı və çayı keçməyi öyrəndilər, Tufandağ silsiləsinin ətəyinə yürüş etdilər və ekoloji təmizlik kampaniyası keçirdilər. Təlimatçılar uşaqlara Azərbaycanın bu heyrətamiz dağlıq bölgəsi və onun inkişaf tarixi haqqında danışıblar.

AAF tədbirin təşkilinə və keçirilməsinə dəstək olan baş sponsor “Azergold” QSC-yə, Gənclər və İdman Nazirliyinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və “Daşlı Bulaq” MMC-yə öz dərin təşəkkürünü bildirir.

DİGƏR XƏBƏRLƏR

BEYNƏLXALQ ALPİNİZM GÜNÜ

Aug. 8, 2023

«DÜBƏNDİ GECƏ QAÇIŞI»

Aug. 3, 2023

Abituriyentlərə qəbul imtahanı keçirildi.

July 27, 2023