Polad Rzayev Elbrusun zirvəsinə qalxıb.
Avqustun 27-də səhər saat 8:45-də azərbaycanlı alpinistlər Polad Rzayev və İsrafil Aşurlı Avropanın ən hündür zirvəsinə - Elbrusa (Qərb zirvəsi 5642 m) uğurla qalxdılar.
İkinci Qarabağ müharibəsi veteranı Polad Rzayev Cəbrayıl və Qubadlının işğaldan azad edilməsi zamanı dörd kəllə-beyin travması almış, iki minanın partlaması zamanı hər iki ayağını itirmişdir.
Azərbaycan Alpinizm Federasiyası bu ekspedisiyanın təşkilində göstərdiyi dəstəyə görə “Azergold QSC”-yə təşəkkürünü bildirir.