Sentyabrın 5-də gənclər və idman naziri Fərid Qayıbov və Alpinizm Federasiyasının baş katibi İsrafil Aşurlı Heydər zirvəsinə (3571 m) yürüşü uğurla başa vurdular. Yürüş Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub.
Nazir bu barədə facebook hesabında paylaşım edib:
“Nəhayət ki, “Heydər Əliyev zirvəsi”nə qalxa bildim. Təbii ki, İsrafil Aşurlının köməyi ilə. Azərbaycan Alpinizm Federasiyasına xüsusi təşəkkürlər!”, - Fərid Qayıbov qeyd edib.
Bu yüksəlişdə göstərdikləri dəstəyə görə Şahdağ Milli Parkının, Yonca və Dağçı shop əməkdaşlarına minnətdarlığımızı bildiririk.