16 sentyabr 2023-cü il tarixində Azərbaycan Alpinizm Federasiyası və @hotrunfamily -nin təşkil etdiyi Dübəndi sahili-Qoltuq çimərliyində ümumi məsafəsi 7 km olan " Dübəndi Gecə Qaçışı" adlı yarış keçirildi. Yarış gecə vaxtı olduğu üçün çətin olmasına baxmayaraq, həm də maraqlı və əyləncəli idi. Yarışa Gənclər ve İdman Naziri @faridgayibov, Nazir müavini @marianavasileva , ikinci Qarabağ döyüşlərində hər iki ayağını itirmiş XTQ-nin mayoru @poladdrzayev və digər tanınmış simalar qatılmışdı.
Müxtəlif relyef növləri- qayalı maneələri olan çimərlik qumu, çöl relyefi, daşların və çınqılların üstündən qaçmaq, enişli-yoxuşlu çətinliklər bir-birini əvəz edirdi. Qadınlar arasında 1-ci yerə Nataliya Şiyanova, 2-ci yerə Anna Usupova, 3-cü yerə İrina Xəlilova, kişilər arasında isə 1-ci yerə Namiq Əsədov, 2-ci yer Murad Əskərov, 3-yerə isə Teymur Əlisatov layiq görülmüşdür. Həm Gənclər və İdman Nazirliyi @gencleridmannazirliyi , həm də “Ekologiya və Təbii Sərvətlər Nazirliyi”nə @ecogovaz dəstək göstərdikləri üçün xüsusi minnətdarlığımızı bildiririk. Eyni zamanda dəstək üçün Baş sponsor olan- @azergold.az və digər sponsor @dashlibulag , mükafatlandırmada isə @yonja_outdoor_store və @dagchi_shop a da öz dərin təşəkkürümüzü bildiririk.

DİGƏR XƏBƏRLƏR

Gənclər Və İdman naziri Fərid Qayıbov Heydər zirvəsində

Sept. 5, 2023

Müharibə veteranı Polad Rzayevin yeni uğuru

Aug. 28, 2023

Uşaq Turizm Düşərgəsi

Aug. 17, 2023