Qayayadırmanma festivalının keçirilməsi üçün hazırlıq işlərinə sentyabr ayının 13-də başlanılıb.Marşrut qurucusu Anton Polyakov artıq Bakıdadır.
Sentyabr ayının 23-də festivalın təşkilatçıları turizm və alpinizm veteranlarının dəstəyi ilə festivalın keçirildiyi ərazidə çoxlu təşkilati işlər aparıblar. Festival iştirakçıları üçün düşərgənin yeri müəyyənləşdirilib, gələcək düşərgənin ərazisi və festivalın keçiriləcəyi yerlər təmizlənib.Daha sonra sentyabr ayının 24-də idman dırmanma zalda azyaşlı qruplar üçün məşqlər keçirilib. Uşaqlar oktyabrın 7-8-də baş tutacaq qayayadırmanma festivalına hazırlaşırlar. Biz festivalda iştirak edəcək uşaqlar üçün beş mürəkkəblik dərəcəsi üzrə maraqlı trass hazırlamışıq.