Azərbaycan Alpinizm Federasiyası idman dırmanması üzrə kiçiklər, yeniyetmələr və gənclər arasında Zəfər kuboku adlı yarışların keçirilməsini nəzərdə tutur və 04-05 noyabr tarixlərinə planlaşdırılır. Zəfər kuboku adlı yarışın keçirilməsinin əsas məqsədi idman dırmanmasını inkişaf etdirmək və bu idman növünə insanların həvəsini artırmaqdır. Qaliblər Beynəlxalq İdman Dırmanması Federasiyası (İFSC) qaydalarına əsasən müəyyən olunacaqdır.
Yarışın əsasnaməsini sizinlə paylaşırıq.