Rasim müəllim və ya yaxınlarının dili ilə desək, Rasim Paşayeviç yerli alpinistlərin bir neçə nəslini yetişdirmiş alpinizm təlimatçısı idi. Onun alpinist karyerasının başlanğıcı Azərbaycan SSR-in Alpinizm Federasiyasının yaranması ilə üst-üstə düşür. Alpinizm üzrə ikinci dərəcə əldə etmiş təlimatçı məşqçilik işini şəxsi idman nailiyyətlərindən üstün tutdu.
Rasim Paşayeviç yeni başlayanlar alpinistlərlə işləməyi sevirdi. O, məktəbləri və institutları gəzib, gəncləri fəal şəkildə alpinizmlə məşğul olmağa cəlb edirdi.
O, təkcə Azərbaycan alpinistlərinin müəllimi deyildi. Keçmiş SSRİ-nin alpinistləri Rasim Cəfərovu xatirəsini əziz tuturlar. O, uzun illər "Elbrus" alpinizm düşərgəsində təlimatçı işləyib, öz bilik və təcrübəsini heç kəsdən əsirgəməyib.
Rasim müəllim ömrünün son günlərinədək Federasiyanın ictimai işlərində məsləhətçi qismində iştirak edib.

Bu, Azərbaycan alpinizmi üçün yeri doldurulmayacaq itkidir.
Allah rəhmət eləsin.

DİGƏR XƏBƏRLƏR

“Zəfər” kuboku

Oct. 16, 2023

Təbii qayalarda 2023-cü ilin əsas idman tədbiri !

Oct. 5, 2023

Qayayadırmanma festivalı

Sept. 24, 2023