Zəfər gününə həsr olunmuş kubok keçirilib


04-05 noyabrda Azərbaycan Alpinizm Federasiyasının təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin və “AzerGold” QSC-nin dəstəyi ilə Vətən müharibəsində qazanılmış şanlı Qələbənin üçüncü ildönümünə həsr olunmuş “Zəfər Kuboku” idman dırmanması turniri keçirilib.

Yarışın keçirilməsində məqsəd Azərbaycanda idman dırmanmasını inkişaf etdirmək,  uşaq, yeniyetmə və gəncləri  bu idman növü ilə məşğul olmağa həvəsləndirmək, onların yarış texnikalarının təkmilləşməsinə kömək etmək və gələcəkdə beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil edə biləcək idmançılar yetişdirməkdir.

Turnir Ağ şəhərdə yerləşən İdman Dırmanma Kompleksində keçirilmişdir. Yarışa qatılan uşaqlar, yeniyetmələr və gənclər  üç yaş kateqoriyası və çətinlik növü üzrə mübarizə aparıblar.

Gərgin, maraqlı və aktiv rəqabət şəraitində keçən idman dırmanması yarışının yekununda hər yaş kateqoriyasına uyğun olaraq, ilk 3 yerin qalibi diplom və medallarla mükafatlandırılıb.

Qaliblərin adlarını təqdim edirik:

Kiçiklər yaş qrupu-Qızlar:

1. Eva Burlova

2. Rozalia Dubentsova

3. Dinara Nəsirova

Kiçiklər yaş qrupu- Oğlanlar:

1. Fərrux Əlizadə

2. Luka Epişev

3. Mikayıl Gasımov

Yeniyetmələr  yaş qrupu- Qızlar:

1. Angelina Yermak

2. Alina Yermak

3. Emilia Adigamova

Yeniyetmələr yaş qrupu- Oğlanlar:

1. Lev Epişev

2. Səid Sultan

3. Aleksey Fedin

 Gənclər yaş qrupu- Qızlar:

1. Xadicə Sultan

Gənclər yaş qrupu - Oğlanlar:

1. Səid Əlimov

2. Fərhad Babayev

3. Teymur Ələkbərov

 Federasiya rəhbərliyi qalibləri və yarışda iştirak edən bütün uşaqları təbrik edir, təşkilatçılara, dəstəkçilərə, yarış hakimlərinə, sığortaçılara və marşrut qurucularına minnətdarlığını bildirir.


Turnirə aid fotoşəkillər:

 

 

 

 

DİGƏR XƏBƏRLƏR

Azərbaycan Alpinizminə böyük itki

Nov. 4, 2023

“Zəfər” kuboku

Oct. 16, 2023

Təbii qayalarda 2023-cü ilin əsas idman tədbiri !

Oct. 5, 2023