❗️2023-cü ilin sonunadək idman dırmanma kompleksini ziyarət ödənişizdir🤗.

☎️ Qeydiyyat üçün : +994 (0) 51 562 63 86 nömrəsi ilə əlaqə saxlamaq mümkündür.

Alpinizm Federasiyası sərəncamında olan idman dırmanma kompleksi ölkəmizdə məşq və yarış keçirmək üçün yeganə kompleksdir. Biz anlayırıq ki, zalın təmirə bağlanması idman dırmanması həvəskarlarını məşq imkanlarından məhrum edə bilər. Bu səbəbdən də, Federasiya rəhbərliyi idman dırmanma kompleksinin bərpası və abadlaşdırılması işlərinin həyata keçirilməsi zamanı kompleksi bağlamamaq barədə qərar qəbul edib.
Biz xaricdən daim yeni avadanlıq və ləvazimat alırıq. Duş kabinələrinin, sanitar qovşaqlarının və geyinib-soyunma otaqlarının təmirini həyata keçirdik. Sızmanın qarşısını almaq üçün dam örtüyünü bərpa etdik. Yeni dolablar sifariş etdik və geyinib-soyunma otaqlarında istilik sistemi quraşdırdıq. Uşaqlar üçün divar qurduq. Hazırda məşqlər üçün uşaq zonasının hazırlanması işləri davam edir. Müvəqqəti narahatlıqlara anlayışla yanaşmanızı xahiş edirik. Biz hər yeni mərhələ ilə bağlı Sizi məlumatlandıracağıq, Sizsə kompleksin infrastrukturunun necə yaxşılaşdırılmasını görəcəksiniz.
Biz Sizin üçün, doğma vətənimiz və onun idmanı üçün çalışırıq.


DİGƏR XƏBƏRLƏR

AAF üzvlərinin ümumi toplantısı

Dec. 11, 2023

Zəfər kuboku turniri

Nov. 6, 2023

Azərbaycan Alpinizminə böyük itki

Nov. 4, 2023