Azərbaycan Alpinizm Federasiyası 2023-cü ilin yekunlarına həsr olunmuş ümumi iclasını keçirib. Federasiyanın Prezidenti
Muxtar Babayev iclası açaraq, iştirakçıları salamlayıb. Baş Katib İsrafil Aşurlı Federasiya üzvləri qarşısında 2023-cü ildə keçirilmiş tədbirlər barədə hesabat verib.
İslas iştirakçıları 2024-cü il üçün tədbirlər planını təsdiqləyib, AAF sıralarına yeni üzvləri qəbul edib, bir sıra cari məsələlərin və problemlərin, eyni zamanda qarşıda duran tapşırıq və planların müzakirəsini aparıblar.

Federasiyanın İdarə Heyəti və onun yeni Vitse-prezidenti seçilib.

AAF-ın 27 dekabrda keçirilmiş ümumi iclasında seçilmiş Rəyasət Heyətinin yenilənmiş tərkibi:
AAF Prezidenti Muxtar Babayev
AAF Vitse-prezidenti: Yaqub Əsədov
İdarə Heyətinin üzləri:
Leyla Əliyeva
Müşfiq Səmədli
İlqar İsayev

Muxtar Babayev 2023-cü ilin yekunlarına əsasən Federasiyanın ən fəal üzvlərini təltif edib.


DİGƏR XƏBƏRLƏR

İdman dırmanma kompleksinin işi barədə məlumat!

Dec. 16, 2023

AAF üzvlərinin ümumi toplantısı

Dec. 11, 2023

Zəfər kuboku turniri

Nov. 6, 2023