Təlimləri təcrübəli marşrut tərtibçisi (qurucusu) Sergey Sunberq keçəcəkdir.  2011-ci ildən bugünədək Sumberq  3-9-cu mürəkkəblik dəгəcələrində 400-dən artıq marşrut hazırlamışdır. O, bu cür seminarların keçirilməsi ilə bağlı çoxillik təcrübəyə malikdir. 

Sergey 2022-ci ildə Azəbaycanda multipitç və Beşbarmaqda yeni marşrut hazırlayıb, eyni zamanda Kühül dağındakı (keçmiş Razin dağı) köhnə trassları bərpa etmiş və bir neçə yeni trass qurmuşdur.  

Təlimin keçirilmə vaxtı : 06 -13 fevral 2024-cü il.

Dinləyicilərin sayı : 8 nəfərədək.

Kurs proqramı:

1. Nəzəri hissə 2024-cü ilin ortalarında işıq üzü görəcək olan S.Sumberq-in müəllifi olduğu marşrut qurulması (yol açma) dərslikləri əsasında keçiləcəkdir. 

2. İplə hərəkət texnikası. 

3. Marşrut qurulmasının (salınmasının) bütün mərhələləri: trass üçün yer seçimi, iplərin asılması (rəzələri) təmizləmə, nişanlama, deşmə, qarmaqların bağlanması, reboltinqin xüsusiyyətləri. Hər iştirakçı 1-2 yeni marşrut salacaq. 

4. Başqa bir rayona səfər, trassın seçilməsi və nişanlama məşqi. Dinləyicilərdən hər biri bacarıqlarının möhkəmləndirilməsi üçün ev tapşırığı alacaq – bu tapşırıq seminardan az sonra “yolu” təmizləmə və yeni marşrut salmaqla bağlıdır.

Dinləyicilər üçün tələblər: 

- Üç ildən az olmayan (5 ildən çox olması arzuolunandır) qayayadırmanma təcrübəsi; 

- alpinizm, dağ turizmi, speleologiya, sənaye alpinizmi təcrübəsinin olması təqdirəlayiqdir;

- minimal fərdi ləvazimatın olması: dəbilqə, sığorta kəməri (sarğı), özünüsığorta üçün bəndlər, muftalı karabinlər, iplə enmə mexanizmi və iplə qalxmaq üçün sıxac (qısqaclar). Seminarlara gətirmək üçün tələb olunan ləvazimatların geniş siyahısı da var. 

Qalan ləvazimat Azərbaycan Alpinizm Federasiyası tərəfindən təqdim olunacaq.

Təlimlə maraqlanan şəxslər 31 yanvar 2024-cü il tarixinədək rock@alpinizm.az e-mail ünvanına ərizə ilə müraciət etməlidilər.



DİGƏR XƏBƏRLƏR

Buzadırmanma Festivalı 2024

Jan. 18, 2024

İdmandırmanma zalında qeyri-iş günü

Dec. 30, 2023

AAF 2023-cü ilin yekunlarına həsr olunmuş toplantı keçirib.

Dec. 27, 2023