24 Yanvar 2024-cü il tarixində Azərbaycan Alpinizm Federasiyası (AAF) və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidməti (ETSN BMQX) arasında memorandum imzalanmışdır.
Memoranduma Azərbaycan Alpinizm Federasiyasının baş katibi İsrafil Aşurlı və Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev tərəfindən imzalar atılıb.

Bu memorandumla milli parkların turizm potensialından istifadə olunması, layihələrin həyata keçirilməsi, milli parkların ərazilərində turistlərə göstərilən xidmətin təkmilləşdirilməsi və bu kimi bir sıra fəaliyyətlərdə AAF nümayəndələrinin iştirakı təsdiqlənir.

Memorandum çərçivəsində ilk fəaliyyət haykinq bələdçilərinin milli parklarda rəsmi olaraq qeydiyyata alınmasıdır. Belə ki, 2023-cü ilin may və iyun aylarında Dövlət Turizm Agentliyinin qrantı əsasında həyata keçirilən “Ölkədəki təbiət və dağ bələdçilərinin peşəkarlığının artırılması üzrə təlim düşərgəsi” layihəsini uğurla bitirən və 2500 metr hündürlüyə qədər haykinq turlar etmək üçün sertifikat alan 36 nəfər bələdçi BMQX tərəfindən rəsmi olaraq tanınmışdır.

Qeyd edək ki, həmin 36 nəfər haykinq bələdçisi AAF və ETSN tərəfindən təsdiqlənən sertifikatlar əldə etmişdir

DİGƏR XƏBƏRLƏR

İdmandırmanma zalında qeyri-iş günü

Jan. 19, 2024

“Təbii relyefdə marşrutların tərtibçisi (qurucusu)” kursu

Jan. 18, 2024

Buzadırmanma Festivalı 2024

Jan. 18, 2024