Bu gün Azərbaycan Alpinizm Federasiyasının və Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Quba - İdman Paytaxtı 2024” çərçivəsində Şahdağ ekspedisiyasına start verildi.
İsrafil Aşurlı, Aleksandr Nəcəfov və Nima Şahmohammadi Şahdağa kəşfiyyat xarakterli qış yürüşünə başlayıb. Yürüşün məqsədi marşrutların GPS işarəsi, qar səviyyəsinin və marşrutların təhlükəsizliyinin yoxlanılmasıdır.
Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, rəis müavini Mustafa Nuhbalayev, Qusar rayonu üzrə gənclər və idman sektorunun müdiri Emil Əmirmətov və idman könüllüləri Laza kəndində toplaşaraq alpinistlərimizi ekspedisiyaya yola saldılar.