Azərbaycanda bir çox əsrarəngiz mənzərəli yerlər var ki, hazırda həmin yerlər ya çox adama məlum deyil, ya da ora qalxmaq çətindir. Bizim məqsədimiz dağları və onları əhatə edən ərazini əlçatan etmək və bu ərazilərə təhlükəsiz yürüşlərə şərait yaratmaqdır. Başlıca vəzifələrimizdən biri də işlərin aparılması və tədbirlərin keçirilməsi zamanı ətraf mühitə qayğı ilə yanaşmaq və onu qorumaqdır. Ötən 1,5 il ərzində Azərbaycan Alpinizm Federasiyasının səyi sayəsində ciddi işlər görülüb. Biz Kühül (keçmiş Razin) dağındakı marşrutları səliqəyə salmışıq, əfsanəvi Beşbarmaqda yeni marşrutlar yaratmışıq, Qaradağ rayonunda boulderinq parkı və qayaydırmanma üçün yeni sektorlar açmışıq, Nardaranda qaya marşrutlarının təmirini həyata keçirmişik. Yaxın illərdə biz, 30 illik işğaldan sonra azad olunan bölgələr də daxil olmaqla, respublika ərazisində bir sıra yeni və maraqlı layihələri gerçəkləşdirməyi planlaşdırırıq. Layihələrdən biri də yeni qayayadırmanma marşrutunun açılması və onunla bağlı hazırlıq işlərinin görülməsidir.
Bir məqamı anlamaq vacibdir ki, marşrutun axtarışı və hazırlanması prosesində müəyyən keyfiyyət standartlarını gözləməli və ətraf mühitə qayğı ilə yanaşmalıyıq. Məhz bu səbəbdən də, Federasiya, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə milli marşrut qurucularının hazırlanması prosesinə nəzarəti həyata keçirəcək. Biz əcnəbi həmkarlarımızın ən yaxşı təcrübələrini diqqətlə öyrənirik və xaricdəki aparıcı mütəxxəsislərlə əməkdaşlıq edirik. Təlimlərimizi uğurla başa vuranlar yeni marşrut qurmaq üçün rəsmi icazə əldə edəcəklər və yeni qayayadırmanma marşrutlarının hazırlanması ilə bağlı əməkdaşlığa cəlb olunacaqlar.
Təlim keçməyən şəxslər marşrut quruculuğu işinə buraxılmayacaq və özbaşına iş görərək, ətraf mühitə vurduqları ziyana görə qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyacaqlar.

DİGƏR XƏBƏRLƏR

"Quba - İdman Paytaxtı 2024" ekspedisiyası

Jan. 25, 2024

Azərbaycan Alpinizm Federasiyası memoranduma imzalayıb

Jan. 24, 2024

İdmandırmanma zalında qeyri-iş günü

Jan. 19, 2024