Şahdağa qış yürüşü uğurla başa çatıb.

Azərbaycan Alpinizm Federasiyası ilboyu hazırlıq çərçivəsində fevralın 8-11-i tarixlərində Şahdağ zirvəsinə yürüşü əhatə edən qış alpinizm tədbiri keçirib.
Azərbaycanda dağ və trekkinq bələdçisi xidməti göstərən 67 nəfər yürüşə dəvət olunub. Qeydiyyatdan keçən 24 nəfərdən 8 nəfəri yürüşdə iştirak edib.

Tədbir zamanı qış fəslində yürüş zamanı təhlükəsizliyin ən mühüm aspektlərinə, məsələn, uçqun ola biləcək yamacların müəyyən edilməsi, onların qrup şəklində keçilməsi, uçqun zamanı iştirakçıların davranışlarına diqqət yetirilib.

Fevralın 10-da alpinistlər Şahdağ zirvəsinin 4243 metr hündürlüyünə uğurla qalxıblar. Qeyd edək ki, sonuncu dəfə Alpinizm Federasiyasının rəsmi tədbiri çərçivəsində Şahdağa qış yürüşü 15 il əvvəl - 2009-cu ilin yanvarında baş tutub.


DİGƏR XƏBƏRLƏR

Təbii relyefdə marşrut hazırlığı kursları

Feb. 2, 2024

"Quba - İdman Paytaxtı 2024" ekspedisiyası

Jan. 25, 2024

Azərbaycan Alpinizm Federasiyası memoranduma imzalayıb

Jan. 24, 2024