
Azərbaycan Alpinizm Federasiyasının - 3 üzvü daxil olmaqla, ümumilikdə 7 Azərbaycanlıdan ibarət qrup- Qərib Tağızadənin rəhbərliyi altında Afrika qitəsinin ən yüksək zirvəsi sayılan Kilimancaroya expedisiya təşkil edib.
Qərib Tağızadə yürüşü belə izah etdi: 9 fevral tarixində Başlanğıc hissədən (1879 metr yüksəklikdən) Kilimancaro zirvə expedisiyasına başladıq. Əvvəlcədən seçdiyimiz marşrut “Marangu” idi. 4 saatlıq yürüşün ardından biz 2720 metr 1 ci yəni, “Mandara Hut” adlanan düşərgəyə çatdıq. 10 Fevral- səhər saat 08:00-da “Mandara Hut” düşərgəsindən çıxdıq, 3720 metrdə yerləşən “Horombu Hut” düşərgəsinə çatdıq. 11 Fevral tarixində sonuncu ve yolu çox uzun olan 4720 metrdə yerləşən “Kibo Hut” düşərgəsinə çatdıq. 12 fevral tarixində sonuncu düşərgədən zirvəyə dırmanmağa başladıq. Kilimancaro (5895 metr) zirvəsində Azərbaycan ve AAF bayraqları dalğalandırıldı .
Qrupun bütün üzvləri zirvəyə uğurla qalxmışdır.
Ekspedisiyada iştirak edən Azərbaycanlı alpinistlər:
Qərib Tağızadə
Elbəy Mustafabəyli
Fariz Rəhimov
Turkan Fərzəliyeva
Elşən Yusubov
Əşrəf Hüseynov
İlkin Qəhrəmanlı
Zirvə yürüşünü uğurla başa vuran hər kəsi Azərbaycan Alpinizm Federasiyası adından təbrik edir və daha yüksək zirvələrə qalxmağa arzu edirik.