Fevralın 17-18-də Azərbaycanda buzadırmanma festivalı keçirilib.

Festival Azərbaycanda qış olimpiya idman növünə namizəd olan buzadırmanmanı inkişaf etdirmək, yeniyetmə və gəncləri bu idman növü ilə məşğul olmağa həvəsləndirmək məqsədi ilə  Laza kəndi yaxınlığındakı (Qusar rayonu) donmuş şəlalələrdə keçirilib.

Festivalda 76 nəfər iştirak edib. İştirakçılar üçün müxtəlif mürəkkəblik dərəcəsində marşrutlar təqdim olunub. İdmançılar mürəkkəblik və sürət disiplinlərində öz qüvvələrini sınamaq imkanı qazanıblar. Festival təşkilatçıları buzadırmanma ilə yeni tanış olanlar üçün təlim dərsləri keçiriblər.

Azərbaycan Alpinizm Federasiyası alpinizmi, buzadırmanmanı qayayadırmanmanı, draytulinqi, idman dırmanmasını, skayranninqi və dağ turizmini təbliğ və inkişaf etdirir.

Beynəlxalq Olimpiya Komitəsi buzadırmanmanı olimpiya növü kimi qəbul edib, Beynəlxalq Alpinizm Federasiyası  bu dinamik idman növünün Qış Oyunlarının rəsmi proqramına daxil edilməsi üçün iş aparır.


Buzadırmanma Festivalından fotolar:


Foto:
Aminat Koxayeva
Timur Adilov

DİGƏR XƏBƏRLƏR

Azərbaycanlı Alpinistlər Kilimancaro zirvəsinə qalxdılar

Feb. 19, 2024

Şahdağ zirvəsinə qış yürüşü başa çatıb

Feb. 12, 2024

Təbii relyefdə marşrut hazırlığı kursları

Feb. 2, 2024