
Fevralın 23-ü Elbrusa qış ekspedisiyası başlayıb.
Azərbaycanlı alpinistlər İsrafil Aşurlı, Rinat Rəhimxanov və Müşfiq Səmədli bununla bağlı olaraq Şimali Qafqaza yola düşdülər.
Şahdağa qış yürüşün (8-11 fevral) nəticələrinə əsasən bu ekspedisiyaya ən çox hazır olan alpinistlər seçilib. Seçilmiş Nima Şahmohammadi bir sıra səbəblərdən komandaya qoşula bilməyib.
Hazırda Avropanın ən yüksək dağının zirvəsi yaxınlığında temperatur -25 , -30 dərəcədir
24 Fevral komanda üzvləri 3800 metr hündürlükdə yerləşən sığınacağa qalxıb və qısamüddətli istirahətdən sonra 4300 metr yüksəkliyə məşq gəzintisi həyata keçirmişdilər.
25 Fevral güclü küləyə baxmayaraq komanda 5100 metr yüksəkliyə uğurlu çıxış edib.
Bu gün səhər saat 8:45-də hava şəraitinin yaxşılaşmasından istifadə edərək alpinistlər uğurla zirvəyə qalxıblar. Ötən günlər zirvədə küləyin gücü 70 km/saata çatmışdır və buna baxmayaraq alpinistlərimiz Rinat Rəhimxanov, Müşfiq Səmədli və İsrafil Aşurlı Avropanın ən hündür zirvəsi - Elbrusa qalxmağı bacara bildilər. Alpinistlərin qarşısına qış aylarında (dekabrın əvvəlindən fevralın sonuna kimi) qalxmaq vəzifəsi qoyulmuşdu və onlar bunu sıçrayış ilinin sonuncu qış günündə - fevralın 29-da həyata keçirə bildilər.