
Biz oyuna qayıtdıq.
Bir neçə illik fasilədən sonra idmançılarımız beynəlxalq yarışlara uğurlu start veriblər. Martın 1-dən martın 3-dək Beynəlxalq İdman Alpinizm Federasiyası (IFSM) Tümendə buzadırmanma intizamı üzrə beynəlxalq alpinizm yarışları keçirib. İdmançılar çətinlik, kombinasiya və sürət növləri üzrə yarışıblar. Azərbaycanı Leyla Əhmədova və Qalib Şıxrəhimov təmsil edib.
Üç gün davam edən yarışın yekununda komandamız şəxsi və komanda hesabında bürünc medal qazanıb.
Daha sonra idmançılarımız Kirov şəhərinə yola düşüb və orada təcrübəli məşqçilərin rəhbərliyi altında bir həftəlik təlim-məşq toplanışında iştirak edib,həmin təlimi başa vuraraq Azərbaycana qayıdıblar.