
Azərbaycan alpinisti Akif Rüstəmovun xatirəsinə həsr olunmuş festival
13.04.2024-cü il tarixində Azərbaycanda idman dırmanması növünü inkişaf etdirmək və gəncləri bu idman növü ilə məşğul olmağa həvəsləndirmək məqsədilə Sabunçu rayonu ərazisində yerləşən Nardaran qayalarında Azərbaycan alpinisti Akif Rüstəmovun xatirəsinə həsr olunmuş festival keçirilməsi planlaşdırılır. Qeyd: Hava şəraiti ilə əlaqədar olaraq festivalın tarixi dəyişdirilə bilər! Festivalda iştirak etmək üçün 8 aprel son qeydiyyat tarixidir. Festivalda iştirakla əlaqədar bütün suallarla bağlı Azərbaycan Alpinizm Federasiyasına müraciət edə bilərsiniz. Festival barədə əlavə məlumat instaqram (alpine.az) və feysbuk (Azerbaijan Mountaineering Federation) səhifələrində yerləşdiriləcəkdir. QEYD: Festivalın əsasnaməsi dəvətnamə xarakteri daşıyır!
