AAF rəhbərləri tələbələrə Federasiyasının fəaliyyətindən danışdılar və qeyd etdilər ki, qurum tələbələrin təlimində və onların daha sonra işlə təmin olunmasında fəal iştirak etməyə hazırdır. AAF rəhbərləri daha sonra tələbələrin suallarını cavablandırdılar.

AAF üçün bu ixtisas üzrə kafedrada təhsil alan tələbələrə aşağıdakı imkanların yaradılması vacibdir: idman dırmanması, alpinizm və digər disiplinlərlə məşğul olmaq; AAF-ın təşkil etdiyi kurslarda müntəzəm təcrübə keçmək və təlim görmək; Federasiyanın yarış və tədbirlərində iştirak etmək.

AAF-ın vəzifəsi savadlı məşqçilərin, təlimatçıların və hakimlərin hazırlanmasında ADBTİA-na maksimum yardım etmək üçün səy göstərməkdir. Bu mütəxəssislər ali məktəbi bitirdikdən sonra alpinizmin və idman dırmanmasının inkişafında fəal iştirak edəcəklər.
AAF bu vacib və səmərəli görüşün təşkilinə görə Rəfail Novruzov başda olmaqla ADBTİA-nın rəhbərliyinə və Gənclər və İdman Nazirliyinə təşəkkürünü bildirir.


DİGƏR XƏBƏRLƏR

Azərbaycan alpinisti Akif Rüstəmovun xatirəsinə həsr olunmuş festival

March 13, 2024

Buzadırmanmada iki bürünc medal

March 4, 2024

Elbrusda qış ekspedisiyasına start verildi

Feb. 29, 2024