Əhəmiyyətli tədbirlərdən biri olan Akif Rüstəmovun xatirəsinə həsr olunmuş Qayayadırmanma Festivalı, Alpinizm Federasiyası tərəfindən Aprelin 13-də Amburan Mayakının ətrafındakı qayalıqda keçirilib. Festivalın hazırlıqları bu ilin əvvəlindən başlamışdır. Fevral ayında Alpinizm Federasiyası, təbii ərazidə marşrut hazırlayanlar üçün kurslar təşkil etmişdir. Bu kurslar 7 nəfər xaricdən dəvət olunmuş mütəxəssis təlimçilərin rəhbərliyi altında keçirilmişdir. Təlimləri uğurla başa vuran tələbələr , şənbə günü keçirilən Festivalda qayayadırmanma həvəskarlarına təqdim olunan bir sıra yeni marşrutlar hazırlamışdır.

Festivalın qalibləri Leyla Əhmədova və Mövsüm Şirəliyev olmuşdur.
Festivalın qalibləri və mükafat alanlar:
Qadınlar:
1. Leyla Əhmədova
2. Anna Litvak
3. Aysel Sultanova
Kişilər:
1. Mövsüm Şirəliyev
2. Səid Alimov
3. Həlimov Tunar

Azərbaycan Alpinizm Federasiyası, idman bayramının uğurlu keçirilməsində əməyi olan idmançılara, tamaşaçılara, təşkilatçılara, marşrutları hazırlayanlara, hakimlər briqadasına, polis və tibb xidmətinin əməkdaşlarına minnətdarlığını bildirir.
Əlavə olaraq, bu festivalın hazırlanması və keçirilməsində göstərdiyi dəstəyə görə Azərbaycan Alpinizm Federasiyası “AzerGold” QSC-nə xüsusi təşəkkürünü bildirir.


DİGƏR XƏBƏRLƏR

ADBTİA tələbələri ilə görüş

April 4, 2024

Azərbaycan alpinisti Akif Rüstəmovun xatirəsinə həsr olunmuş festival

March 13, 2024

Buzadırmanmada iki bürünc medal

March 4, 2024