AAF təbiət idman növlərinin bəziləri və dırmanma idman növlərinin bütün istiqamətlərinin inkişafında məsuliyyət daşıyır və bu sahədə milli və beynəlxalq səviyyədə yarışların keçirilməsində ölkədə səlahiyyətli qurumdur.
Qarşıdaki fəaliyyət müddətində ilk növbədə, olimpiya idman növlərindən olan “İDMAN DIRMANMASI” olmaqla, qayayadırmanma, buzadırmanma, skayraninq və alpinizmin bəzi növləri üzrə festival və yarışların keçirilməsi nəzərdə tutulur.
Nəzərdə tutulan tədbirlərdə təşkilati işlər və yarışlara nəzarət üçün hakimlər korpusunun yaradılması prosesi başlanmışdır. İdmanın hər növü üzrə ayrı- ayrılıqda beynəlxalq qaydalar əsasında kurslar keçiriləcək və hakimlər hazırlanacaq.
Kurslar zamanı hazırlanan hakim ierarxiyası bir neçə səviyyədən ibarətdir:
- hakim-aspirant
- hakim
- respublika dərəcəli hakim
- beynəlxalq dərəcəli hakim-aspirant
- beynəlxalq dərəcəli hakim
- beynəlxalq dərəcəli jüri prezidenti
Prosesə olimpiya idman növü olan İdman Dırmanması üzrə kurslarla başlanacaq. Boulderinq üzrə hakimlik kursunun sonunda imtahanlarda ən yaxşı nəticə göstərən 15 iştirakçı AAF komandasına qoşulacaq və 15 iyun tarixində keçiriləcək Boulderinq üzrə çempionatda hakim aspirant kimi xidmət edəcəklər.
Əgər Siz idman dırmanmasını, alpinizm və onun müxtəlif disiplinlərini sevirsinizsə, bu ixtisası mənimsəmək, milli və beynəlxalq yarışları təşkil edən AAF komandasının bir hissəsi olmaq istəyirsinizsə, İdman Dırmanmasının boulderinq növü üzrə hakimlik kursuna müraciət edin!
Müraciət üçün:
1. Bu formdan formu doldurmaqla https://forms.gle/JKTtDDhDjhpkotL86 və ya games@alpinizm.az mail ünvanına ad, soyad, telefon nömrənizi yazıb göndərməklə qeydiyyatdan keçə bilərsiniz.
Müraciət üçün son tarix 10 iyun 2024-cü il saat 18:00