Azərbaycanın fəxr edici alpinisti İsrafil Aşurlı 10 iyul 2024-cü ildə dünyanın ən təhlükəli zirvələrindən biri olan Nanqa Parbat (8125 m) zirvəsinə qalxmağı bacardı! Bu, 8 min metrdən yüksək zirvələrdən sayca yeddinci zirvədir ki Azərbaycan üçün fəth edib.
Nanqа Parbat dünyanın ən hündür dağlarındakı dörd təhlükəli zirvədən biridir. Uzun müddət o, alpinistlərin daha çox həlak olduğu yerlər siyahısına liderlik edib. Xalq arasında onu "Qatil dağ" (Killer Mountain) adlandırırlar.
İsrafil Aşurlı üçün bu , 11 il ərzində həmin zirvəyə qalxmaq üçün üçüncü cəhd idi:
• 2013-cü ildəki ilk cəhdi, baza düşərgəsinə edilən terror hücumu səbəbindən yarımçıq qalmışdı. Hücum nəticəsində 11 nəfər həyatını itirmiş, amma İsrafil və onun yoldaşlarının bəxti gətirmiş, beləki onlar həmin vaxt 1,5 km hündürlükdə düşərgə qururmuşlar. Pakistan ordusu tərəfindən onlar təxliyyə olunmuşdur.
• 2023-cü ildəki ikinci cəhdində isə, o, zirvəyə yaxınlaşmış, lakin fəlakətdən zərər çəkən alpinistlərə kömək etmək üçün yürüşdən imtina etmişdi.
• Bu il isə nəticə daha yaxşı oldu. İ.Aşurlı süni oksigen olmadan zirvəyə qalxmağı bacardı!
İsrafil Aşurlının bu nailiyyəti həm şəxsi, həm də Azərbaycan alpinizmi üçün böyük bir uğurdur.