DƏVƏT OLUNANLAR - İdman dırmanmasına maraq göstərən, tələb olunan fiziki sağlamlıq tələbini qarşılayan 8-16 (2008 – 2016) yaş arası gənclər

YARIŞ ZALI, AVADANLIQ VƏ LƏVAZİMATLAR - Yarış məkanı, avadanlıq və ləvazimatlara dair tələblər Azərbaycan Alpinizm Federasiyasının müvafiq idman dırmanması idman növü üzrə qaydalarına əsasən tənzimlənəcək.

YARIŞIN FORMATI - Qızlar və oğlanlar arasında təsnifat və final mərhələləri 4 marşrutdan ibarət olacaqdır. Yarış şəxsi birincilik formatında təşkil olunur. Təsnifat mərhələsinin hər bir marşrutu üçün ayrılan vaxt 5 dəqiqə, final mərhələsi marşrutu üçün isə 4 dəqiqə təşkil edir. Final mərhələsində 6 nəfər iştirak hüququ qazanır. Qeyd. Cins və yaş kateqoriyası üzrə yarışa müraciət edən iştirakçı sayı 6 nəfərdən az olarsa, hakimlərin qərarı ilə həmin kateqoriya üzrə yarış ya ləğv olunur, ya da digər yaxın yaş kateqoriyası ilə birləşdirilir.

YAŞ QRUPU - Beynəlxalq qaydalarda 14 yaşdan kiçik uşaqların çempionatda iştirakı üçün maddə nəzərdə tutulmamışdır. Bununla birlikdə, ölkəmizdə idmançıların yetişməsi üçün kiçikyaşlılar arasında da yarış keçirilməsi planlaşdırılır. Nəzərdə tutulan yaş kateqoriyaları aşağıdakı kimidir:
8 -9-10 yaş (2016,2015, 2014)
11-12-13 yaş (2013, 2012, 2011 ),
14-15-16 yaş (2010, 2009, 2008)

SON QEYDİYYAT TARİXLƏRİ - Yarış iştirakçısı yarış günü sağlamlıq haqqında arayış təqdim etməlidir. Yarış vaxtı iştirakçının şəxsiyyətini təsdiq edən sənədin üzərində olması zəruridir.

MÜKAFATLANDIRMA - Yarışda I, II, III yerləri tutmuş idmançılar Azərbaycan Alpinizm Federasiyası tərəfindən diplom və medalla mükafatlandırılır.

QEYDİYYAT ÜÇÜN SON TARİX – 10 OKTYABR 2024

Yarışa qeydiyyat linki - https://forms.gle/mP3KcqVnwtjLhY4t7

DİGƏR XƏBƏRLƏR

8 Avqust Beynəlxalq Alpinizm Günü

Aug. 8, 2024

İsrafil Aşurlının Qaşerburum II Zirvəsinə Qalxışı

July 29, 2024

İsrafil Aşurlı Nanqa Parbat zirvəsində

July 16, 2024