Böyük Qafqaz dağlarının Baş Qafqaz silsiləsində , Rusiya Federasiyası ilə sərhəddə, Qusar rayonu ərazisində yerləşir. Rusiya Federasiyasının ən cənub nöqtəsidir. Üç zirvədən bəri. Türyan və Qusar çayları buradan başlanır. Dağ öz adını ətəyində yerləşmiş və keçmişdə maldar ellərin yaylağı olmuş Şahnabadçay dərəsindədir. Etnotoponim hesab olunur.Kuzun kəndindən torpaq yol ilə Laza kəndinə qədər təxminən 7 km-dir. Əvvəlcə Laza kəndindən daha yaxşı cığırla Qusarçayın sol sahili ilə, ardınca da Şahnabadçay boynuca irəliləyərək Şahyaylağına çatmaq, Şahnabadçayı körpü ilə keçmək, Körpüdən Kuzun kəndinə qədər getmək lazımdır. Sərf edilən müddət 9–12 saatdır. Daha sonra Şahnabadçayın sağ tərəfi ilə hərəkət istiqamətində yuxarıya doğru irəliləmək, körpüdən 2 saat aralıqda yerləşən iki çayın birləşdiyi geniş çəmənlik sahəyə — Yatuxdərə massivinə qədər çatmaq lazımdır. Daha sonra hərəkət istiqamətində sağ tərəflə, çayın Kuruş aşırımından töküldüyü yerə qədər yuxarıya doğru hərəkət edilir. Çayın digər tərəfinə keçməklə Bazardüzü ilə Yarudağ massivi arasındakı aşağı nöqtəyə çatmaq (əlavə oriyentir qara şistli qayalardır) lazımdır. Çayların birləşdiyi yerdən Kuruş (Qaranlıq) aşırımına qədər 30–40 dəqiqədir. Daha sonra Kuruş aşırımından daş yığını olan yerlə Bazardüzünün Şimal-şərq silsiləsinə çıxılır. Geniş dağlı silsilə ilə hərəkət edərək Şərqi Bazardüzünün yüksəkliyinə qədər düşərgədən 3–5 saatlıq yoldur. Burada sığortalanmaq lazımdır. Şərqi Bazardüzü zirvəsinə silsilə ilə, yaxud da yamacla qövs üzrə travers etməklə çıxmaq mümkündür: sola-yuxarı-sağa (sığorta!). Daha sonra aşağı dar yerə enmək və zirvənin buz gümbəzinə çıxmaq (qramponların olması mütləqdir!). Buz gümbəzlə zirvəyə çıxmaq. (dəhliz!) Şərqi zirvədən 2 saatdır. Zirvədən 30 metr aralıda buz gümbəz üzərində nəzarət turları və çıxışda isə şistlər var.