Keçmişdə karvan yollarından biri Niyaldağ aşırımından keçərək Lahıcı xarici aləmlə əlaqələndirirdi.

40°48′35″ с. ш. 48°22′52″
Niyaldağ silsiləsi
Bu silsilə Başsuayrıcı silsilə ilə Şirvan alçaq dağlığının arasında, Ismayıllı rayonu ərazisində, Mücü, Tağlabiyan, Zərnava və s. kəndlərini Lahıc qəsəbəsindən ayıran silsilədir. Silsilənin bir neçə yüksəkliyi var. Ən çox gedilən yüksəklik isə Niyaldağa yüksəkliyi adlanır, hündürlüyü 2053 metr. Yüksəkliyin qərb hissəsində Niyal aşırımı yerləşir. Silsilənin ümumi hündürlüyü 2000-2100 metr arasında dəyişir.
Vaxtı ilə Niyaldağ yüksəkliyində (dəmir olan ərazidə) qala olub və tarixi ədəbiyyatda Niyal qalası adlanır. Hazırda torpaq üzərində qaladan heç bir əsər qalmayıb, ola bilər ki, qazıntı aparılsa qalanın qalıqlarını aşkar etmək mümkün olsun.XX əsrin 1920-ci illərinə qədər Niyaldağın ətəyində tənha bir ağacın altında ziyafət olurdu.Yerli əhali onu “Yek dar” (Bir ağac) adlandırırdılar. Bayram daha sonra bolşeviklərin dinə qarşı mübarizəsinin bir hissəsi olaraq məhv edildi