Babadağ ziyarətgah yeridir və "Həzrətbaba piri" də adlanır.
Babadağ, ona el arasında Həzrət Baba ziyarətgahı da deyilir Qarlı zirvəsi olan dağların əhatəsində insanların yüz illərdir ki, müqəddəsliyinə tapınıb pənah gətirdiyi bir məkan var. Bu, dəniz səviyyəsindən 3629 metr yüksəklikdə yerləşən Babadağ və ya Həzrət Baba ziyarətgahıdır. Həzrət Baba İsmayıllı rayonunun Lahıc kəndindədir. Ziyarətgahın yaranması ilə bağlı xalq arasında maraqlı rəvayətlər dolaşır. Rəvayətlərdən birində deyilir ki, Həzrət Baba Allahın ən çox sevdiyi qullarından biri olub. O, bu dağlarda çobanlıq edirmiş. Həzrət Baba öz ögey anasını çox sevirmiş. Bir dəfə zəmidə bir buğda dənəsi onun ayağı altında qalıb. Həzrət Baba isə çox kədərlənib. O, ögey anası ilə Babadağına çıxıb və Allahdan bağışlanmağını istəyib. Ögey anası dağın ətəyində, Həzrət Baba isə dağın zirvəsində dua edir. Deyilənlərə görə, Həzrət Baba dağın zirvəsində qeyb olub.
Bu dağ ilboyu qarlı olur. Ona görə də bu dağa bəzən Qarlı baba da deyirlər.
Babadağa yalnız iki tərəfdən - İsmayıllıdan və Qubadan yol var. Bakıdan Lahıc qəsəbəsinə kimi 170 km-dir.