21 aprel 2024-cü il tarixində Azərbaycan Alpinizm Federasiyasının İdmandırmanma zalında, Gənclər və İdman Nazirliyi tərəfindən dövlət qurumlarının əməkdaşları arasında təşkil olunan həyəcan verici bir yarış keçirildi!

Bu yarış, fərqli dövlət orqanlarının nümayəndələrini bir araya gətirərək, gənclərimizin idman və rəqabət ruhunu dəstəkləmək və dostluq bağlarını gücləndirmək məqsədi ilə təşkil olunmuşdur. 

Həyəcanlı, maraqlı və aktiv rəqabət şəraitində keçən yarışın yekununda qadınlar və kişilər kateqoriyasında ən yüksək sıralamada olanlar, öz uğurlarını diplomalar və mükafat medalları ilə əldə etdilər. 

Yarışın qaliblər:

Kişilər: 

1. Anar Novruzov (FHN)

2.Rauf Həsənli (MSN)

3.Zülfiqar Məmmədov (SOCAR)

Qadınlar: 

1.Leyla Əliyeva (FHN)

2.İlahə Çələbiyeva və Aysu Kərimzadə (GİN) ilk üçlükdə qərarlaşıblar.


Bütün qalibləri qürurla təbrik edirik! 

Yarışı təşkil edən Gənclər və İdman Nazirliyinə, bütün iştirakçılara, hakim briqadasına və dəstək olan hər kəsə dərin təşəkkürümüzü bildiririk.


DİGƏR XƏBƏRLƏR

A.Rüstəmovun xatirəsinə həsr olunmuş Qayayadırmanma Festivalı keçirildi

April 13, 2024

ADBTİA tələbələri ilə görüş

April 4, 2024

Azərbaycan alpinisti Akif Rüstəmovun xatirəsinə həsr olunmuş festival

March 13, 2024