May ayının 20-25-i tarixlərində Azərbaycan Alpinizm Federasiyası tərəfindən marşrut qurucuları üçün kurs keçirilib.

Kurs proqramında mürəkkəblik və bolderinq üzrə dırmanma marşrutu quruculuğu qaydalarının müəyyənləşməsi və işin icrası zamanı təhlükəsizlik qaydalarının gözlənilməsi aspekti də öyrədilib.

Rusiyalı mütəxəssis Arseni Kupçikin nəzəri və təcrübi məşğələlərində Rinat Rəhimxanov, Leyla Əhmədova, Çingiz Tağızadə, Əli Nəsirov, Həsən Salahov və Müşfiq Səmədli iştirak ediblər.

İştirakçılar müxtəlif mürəkkəblik dərəcəsində 11 yeni və fərqli (5c+-dan 7c-dək) marşrut tərtib ediblər.
Ümumilikdə iplə dırmanma zonasında 243 yeni tutacaq daş və 3 yeni relyef quraşdırılıb.
Azərbaycan Alpinizm Federasiyası bütün idman dırmanması həvəskarlarını yeni marşrutları sınaqdan keçirməyə dəvət edir.

DİGƏR XƏBƏRLƏR

"Vətənin Ümidi" Turniri

May 15, 2024

"Kühül dağında" qayayadırmanma yarışı

May 10, 2024

Dövlət qurumlarının əməkdaşları arasında idman dırmanması yarışı

April 21, 2024