
9 may 2024 tarixində Kühül dağında Azərbaycan Alpinizm Federasiyasının dəstəyi ilə 3№-li Uşaq - Gənclər inkişaf mərkəzinin “Gənc səyahətçilər” dərnəyinin təşkil etdiyi “Ümummilli Lider” Heydər Əliyevin doğum gününə həsr olunmuş açıq qayayadırmanma yarışı keçirilmişdir.
Yarışın keçirilməsində məqsəd Azərbaycanda idman dırmanmasını inkişaf etdirmək, uşaq və yeniyetmələr arasında bu idman növünə maraq yaratmaq, gənclərimizin bu sahədə təkmilləşməsinə təkan vermək və gələcəkdə beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil edə biləcək idmançılar yetişdirməkdir.
Gərgin,maraqlı və həyəcanlı keçən yarışın sonunda qaliblər mükafatlandırılıb.
Qalibləri təqdim edirik:
Gənclər (oğlanlar)
1. Yusifzadə Nazim
2. Fedin Aleksey
3. Ələkbərov Teymur
Gənclər (qızlar)
1. Adigamova-Samoylova Emiliya
2. Boriskina Sofiya
3. Barkova Darya
Yeniyetmələr (qızlar)
1. Burlova Marianna
Yeniyetmələr (oğlanlar)
1. Nəsir Rəsul
2. Qamarov Muhamməd
3. Əlizadə Fərrux
Kiçiklər (oğlanlar)
1. Alıyev Rauf
2. Barkov Yaromir
3. Burlov Kiril
Kiçiklər (qızlar)
1. Dubentsova Roza
2. Sabitova Safiya
3. Makarova Valeriya
Federasiya rəhbərliyi qalibləri və yarışda iştirak edən bütün uşaqları təbrik edir, təşkilatçılara, dəstəkçilərə, yarış hakimlərinə, sığortaçılara və marşrut qurucularına minnətdarlığını bildirir.